AZ

Sabah ın qələbəsi və Araz Naxçıvan ın heç heçəsi Azərbaycana nə qazandırdı? REYTİNQ

Fanat portalından alınan məlumata görə, ain.az xəbər verir.

Avrokuboklarda 2-ci təsnifat mərhələsinə yekun vurulub.

Fanat.Az-ın məlumatına görə, cavab görüşlərdən sonra ölkələrin UEFA reytinqi yenilənib.Azərbaycan əmsallar cədvəlində xal ehtiyatını artıra bilib. Buna "Sabah"la "Araz-Naxçıvan"ın Konfrans Liqasındakı nəticələri şərait yaradıb. Növbəti mərhələyə qələbə ilə adlayan "bayquşlar" ölkəmizin hesabına 0.250 əmsal əlavə edib. Ardından isə "Araz-Naxçıvan" Yunanıstanda "Aris"lə heç-heçəyə (2:2) razılaşıb. İki görüşün nəticəsinə görə mərhələ adlayan naxçıvanlılar reytinqimizə də 0.125 əmsal gətirib. 

Hazırda ölkəmizin ümumi xal ehtiyatı 18.750-dir. Qitə sıralamasına tsiklə 29-cu yerdə başlayan, həftəiçi bir pillə irəliləyərək 28-ə yüksələn Azərbaycanın mövqeyi dünənki oyunlardan sonra dəyişməyib. Azərbaycanın ən yaxın izləyicisi Rusiyanın 18,299 xalı var. Bir pillə öndə - 27-ci yerdə qərarlaşmış Ukraynanın xal ehtiyatı isə 19,225-dir.

 55 ölkənin yer aldığı əmsallar cədvəlinə İngiltərə (90.839) başçılıq edir.  

Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.

Abunə Ol

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
9
fanat.az

1Mənbələr