ain.az, Xalqcebhesi portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Suraxanı rayonunda mopedin minik avtomobili ilə toqquşması nəticəsində bir nəfər ölüb.
Hadisə Zığ şosesində qeydə alınıb.
Məlumata görə, Bakı şəhər sakini 2002-ci il təvəllüdlü Toğrul İbrahimlinin idarə etdiyi "Tufan M50" markalı, qeydiyyat nişanı olmayan mopedlə hava limanı istitqamətində hərəkət olarkən idarəetməni itirərək Zığ şossesi 17 km-də hərəkətsiz dayanmış 1987-ci il təvəllüdlü Ələkbər Quliyevin "FORD" markalı avtomobilin arxa hissəsi ilə toqquşması nəticəsində aldığı xəsarətlərdən hadisə yerində ölüb.
Faktla bağlı Suraxanı RPİ-nin İB-də araşdırma aparılır.
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.