AZ

Beyləqanda Azərbaycan Dili Günü qeyd olundu - Fotolar

“Konstitusiya və Suverenlik ili” çərçivəsində Beyləqan Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə 1 Avqust – Azərbaycan Əlifbası və Azərbaycan Dili Gününə həsr olunmuş tədbir keçirilib.

“Qafqazinfo” xəbər verir ki, tədbirdə çıxış edən Beyləqan Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov Azərbaycan dilinin tarixi inkişaf yolu və bu sahədə dövlət səviyyəsində görülən işlər barədə geniş məlumat verib.

O bildirib ki, bu gün ana dilimiz təkcə ünsiyyət vasitəsi deyil, eyni zamanda milli kimliyimizin, dövlətçiliyimizin və suverenliyimizin əsas daşıyıcılarından biridir. Məhz bu baxımdan “Konstitusiya və Suverenlik ili” çərçivəsində belə tədbirlərin keçirilməsi, ana dilimiz kimi milli dəyərlərin qorunması baxımından mühüm strateji əhəmiyyət daşıyır.

Rayon rəhbəri Ümummilli Lider Heydər Əliyevin ana dilimizin qorunması və inkişafı sahəsində əvəzsiz xidmətlərindən, xüsusilə 1978-ci il Konstitusiyasında Azərbaycan dilinin rəsmi status almasının tarixi əhəmiyyətindən bəhs edib, Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevanın rəhbərliyi ilə bu siyasətin bu gün də uğurla davam etdirildiyini, dilimizin müasir çağırışlara uyğun şəkildə qorunması və təbliği istiqamətində mühüm addımlar atıldığını diqqətə çatdırıb.







Seçilən
7
qafqazinfo.az

1Mənbələr