Lerik rayonunda bədbəxt hadisə baş verib.
XəzərNews.az Oxu.Az-a istinadla xəbər verir ki, hadisə rayonun Cəngəmiran kəndində qeydə alınıb.
Belə ki, "Aztelekom"un Lerik rayon şöbəsində elektrik ustası vəzifəsində çalışan, 1972-ci il təvəllüdlü rayon sakini Sərdar Həmidov Cəngəmiran kəndində təmir-bərpa işləri aparan zaman elektrik dirəyində cərəyan vurması nəticəsində həyatını itirib.
Sərdar Həmidov aldığı xəsarətlərdən hadisə yerindəcə dünyasını dəyişib.
Məlumata görə, rabitə sahəsində 10 ildən artıq müddətdə çalışan Sərdar Həmidov dünən 53 yaşını qeyd edib. O, ailəli idi və iki övladı var.
Faktla bağlı araşdırma aparılır.
Xəbər 1 dəfə oxunub.