AZ

SOCAR-a növbə rəisi vəzifəsinə düzəltmək adı ilə dələduzluq etdi - HÖKM

Sabunçu Rayon Məhkəməsində dələduzluqda təqsirləndirilən Valeh Haxıyevin (adı, soyadı şərtidir) cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb.

 

Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Elnurə Rəcəbovanın sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

 

Məhkəmənin hökmü ilə ona 1 il 5 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması (elektron qolbaq) cəzası təyin edilib.

 

İttihama görə, Valeh Haxıyev zərərçəkmiş Mahir Vəkilova (adı, soyadı şərtidir) özünü geniş əlaqələri olan şəxs kimi qələmə verərək, pul müqabilində onu Azərbaycan Dövlət Neft Şirkətinə (SOCAR) növbə rəisi vəzifəsinə işə düzəldəcəyinə köməklik edəcəyinə dair yalan vəd verib. O, 21 avqust 2023-cü il tarixdə Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu keçidinin yaxınlığında zərərçəkmiş şəxsin ümumilikdə 6 000 manat pulunu dələduzluq yolu ilə ələ keçirib.

 

Kamal Məmmədov

Tarix: 1 Avqust 2025, 09:09   
Seçilən
14
pravda.az

1Mənbələr