AZ

ABŞ-dən Türkiyəyə 15 faiz gömrük vergisi

ABŞ-dən

ABŞ prezidenti Tramp Türkiyə və bir çox başqa ölkələrə əlavə gömrük rüsumlarının tətbiqi ilə bağlı fərmanı təsdiqləyib.

Xalqcəbhəsi.az “sondakika.com”a istinadla bildirir ki, paylaşılan cədvəldə Türkiyəyə 15 faiz əlavə tarif tətbiq ediləcək.

Fərman yeddi gün ərzində qüvvəyə minəcək və Türkiyədən ABŞ üçün nəzərdə tutulan bütün məhsullara şamil ediləcək.

İmzalanan fərmanda tətbiq olunacaq ölkələr üzrə vergi dərəcələrinin 10-41 faiz arasında olması nəzərdə tutulur. Suriya ən yüksək vergi dərəcəsi ilə üzləşən ölkələrin başında yer alıb. Müvafiq olaraq Böyük Britaniyaya 10 faiz, İsveçrəyə 39 faiz, Hindistana 25 faiz, İsrailə və Yaponiyaya 15, Suriyaya 41, Cənubi Afrikaya isə 30 faiz əlavə gömrük rüsumu tətbiq edilib.

Seçilən
2
xalqcebhesi.az

1Mənbələr