AZ

Osimhenlə müqavilənin detalları açıqlandı

"Qalatasaray"ın Viktor Osimhenlə imzaladığı razılaşmanın şərtləri məlum olub. Metbuat.az xəbər verir ki, müqaviləyə əsasən futbolçu illik 15 milyon avro qazanacaq. "Qalatasaray"ın Mətbuat Xidməti məlumatına görə, klub futbolçunun transferi üçün "Napoli" ilə 75 milyon avroya razılığa gəlib. Futbolçu ilə 4 illik müqavilə imzalanıb. Müqavilədə bonuslar da nəzərdə tutulub.

Qeyd edək ki, Viktor Osimhen ötən mövsüm icarə əsasında "Qalatasaray"da çıxış edib. Futbolçu 41 matçda 37 qol və 8 məhsuldar ötürmə ilə yadda qalıb.

Seçilən
17
metbuat.az

1Mənbələr