AZ

“İkinci qolu daha tez vursaydıq…” – “Aris”in baş məşqçisi

“Aris”in baş məşqçisi Marinos Uzunidis Konfrans Liqasının II təsnifat mərhələsində “Araz-Naxçıvan”la heç-heçə etdikləri (2:2) görüşü şərh edib.

Futbolpress.az xəbər verir ki, mütəxəssis görüşlə bağlı bunları deyib:

“Belə məğlubiyyətdən sonra nəsə demək çətindir. Stadiona gələn azarkeşlərə, bizi dəstəkləyənlərə görə belə nəticə ayıbdır. Oyunun əvvəlində geri düşdük, daha sonra matçı çevirəcəyimizə inanırdıq. Bəlkə də, ikinci qolu daha tez vursaydıq, belə olmazdır. Uşaqlar xarakter göstərdilər, çox çalışdılar. Ancaq bəzən hər şey istədiyin kimi olmur”.

“Araz-Naxçıvan” iki oyunun nəticəsinə görə “Aris”i üstələyib – 2:1, 2:2.

Seçilən
13
futbolpress.az

1Mənbələr