AZ

Pentaqon Raytheon-dan Ukrayna üçün raketlər alacaq

Pentaqon Amerikanın müdafiə şirkəti Raytheon Technologies ilə AMRAAM orta mənzilli hava-hava raketlərinin istehsalı üçün 3,5 milyard dollara qədər müqavilə imzalayıb...

Poliqon xəbər verir ki, bu barədə ABŞ Müdafiə Nazirliyinin saytında məlumat verilib.

Razılaşma Raytheon Technologies Corp.-un Arizona ştatının Tucson şəhərindəki bölməsi ilə bağlanıb və mümkün təşviq ödənişləri ilə sabit qiymət nəzərdə tutur. Müqavilə qırıcılar üçün nəzərdə tutulmuş qabaqcıl orta mənzilli raketlərin istehsalını nəzərdə tutur.

Sənədə əsasən, raketlər təkcə Ukraynaya deyil, həm də bir sıra digər ölkələrə, o cümlədən Danimarka, Belçika, Yaponiya, Hollandiya, Kanada, Finlandiya, Almaniya, Macarıstan, İspaniya, Polşa, İsveç, Tayvan, Litva, Böyük Britaniya, Avstraliya, İsveçrə, İsrail və Küveytə tədarük ediləcək.

Poliqon.info 

Seçilən
20
9
poliqon.info

10Mənbələr