AZ

BMT-DƏ GƏRGİN DEBAT KEÇİRİLİB » AzadMedia.az

BMT-DƏ

BMT Təhlükəsizlik Şurasında keçirilən son iclasda Ukrayna münaqişəsinə dair diplomatik gərginlik bir daha diqqət mərkəzinə düşüb.

Rusiya Federasiyasının BMT-dəki sədr müavini Dmitri Polyanskiy çıxışında bildirib ki, Moskva müharibənin ilk günlərindən etibarən sülh danışıqlarına açıq olub. O, Qərbin diplomatiya çağırışlarını gecikmiş və siyasi məqsədlərlə manipulyasiya olunmuş addımlar kimi qiymətləndirib.

Polyanskiy həmçinin bildirib ki, son aylar danışıqlara marağın artmasının əsas səbəbi Qərbin və Ukraynanın hərbi imkanlarının zəifləməsi, silah ehtiyatlarının tükənməsi və cəmiyyətin davamlı döyüşə qarşı müqavimətinin azalmasıdır.

Rusiyalı diplomat qeyd edib ki, bəzi dövlətlərin təklif etdiyi şərtsiz və uzunmüddətli atəşkəs çağırışları reallıqdan uzaqdır və əvvəlki – o cümlədən Minsk razılaşmaları kimi təşəbbüslər bu yanaşmanın effektiv olmadığını sübut edib.

Ukraynanın BMT-dəki nümayəndəsi Xristina Hayovyşin isə cavab çıxışında Rusiyanı təcavüzkar adlandıraraq, Şura tribunasının sui-istifadə olunduğunu bildirib. O, Rusiyanın növbəti dəfə beynəlxalq hüquq normalarını pozduğunu və Kiyevə edilmiş son hücumun bunun bariz nümunəsi olduğunu deyib.

Hayovyşin bəyan edib ki, təcavüzkar ölkənin sanksiyalara məruz qalmış şəxslərinin beynəlxalq tədbirlərdə iştirak etməsi BMT prinsiplərinə ziddir və belə halların qarşısı alınmalıdır.

ABŞ-ın müvəqqəti nümayəndəsi Con Kelli isə çıxışında tərəfləri dərhal atəşkəsə və danışıqlara çağırıb. Onun sözlərinə görə, Prezident Donald Tramp 8 avqusta qədər davamlı sülh razılaşmasının əldə olunmasını tələb edir. Vaşinqton əlavə addımlar atmağa hazır olduğunu da bəyan edib.

Seçilən
35
1
azadmedia.az

2Mənbələr