AZ

ÇL-in finalına görə PSJ bu qədər cərimələndi

Avropa Futbol Assosiasiyaları İttifaqı (UEFA) Çempionlar Liqasının finalında Fransa klubunun azarkeşlərinin davranışına görə PSJ-ni cərimələyib.

Publika.az “Sport.es”ə istinadən xəbər verir ki, turnirin qalibi 148 000 avro ödəməli olacaq.

Xatırladaq ki, PSJ turnirin finalında Milan “İnter”inə 5:0 hesabı ilə qalib gələrək tarixdə ilk dəfə Çempionlar Liqasının qalibi olub. Qələbədən sonra klubun azarkeşləri meydana qaçıblar. Mənbənin məlumatına görə, Luis Enrikenin komandası bir neçə hala görə cərimələnib: meydançaya girib məşəl yandırdığına görə 100 min avro, əşya atdığına görə 30 min avro, idman tədbirinə uyğun olmayan mesajın ötürülməsinə və UEFA-nı nüfuzdan saldığına görə 10 min avro, dəymiş ziyana görə daha 8 min avro.

Seçilən
49
20
publika.az

10Mənbələr