AZ

Dünyada ən böyük şimşəyin uzunluğu 829 km təsdiq edib

Bakı. Trend:

ABŞ-da alimlərin güclü ildırım zamanı qeydə aldıqları rekorduzunluqdakı şimşək dünyanın ən uzun şimşəyi kimi tanınıb.

Trend-inməlumatına görə, bu barədə Britaniyanın “Daily Mail” qəzetiyazır.

Məqalədə bildirilir ki, bu nəhəng şimşək 2017-ci ilin oktyabrayında baş verib və təqribən 829 kilometr uzunluğunda olub. O,Şərqi Texasdan başlayaraq Kanzas-Siti yaxınlıqlarına qədər uzanıb.Bu məsafə Parislə Venesiya arasındakı məsafəyə bərabərdir.

Yeni rekord əvvəlki nəticədən 61 km daha uzun olub. Əvvəlkirekord 2020-ci ilin aprelində ABŞ-da baş vermiş qasırğa zamanıqeydə alınmışdı. Həmin vaxt şimşəyin uzunluğu 768 kilometrəçatmışdı.

Məqalədə qeyd olunur ki, əksər şimşəklərin uzunluğu təxminən 10mil (təxminən 16 km) olur. 60 mildən (təxminən 96 km) uzun olanlarisə "megaşimşək" hesab edilir.

Ümumdünya Meteorologiya Təşkilatı (ÜMT) ümid edir ki, bu yeniməlumatlar alimlərə şimşəyin onu doğuran fırtınadan nə qədər uzağayayıla biləcəyini anlamaqda kömək edəcək.

Seçilən
25
4
az.trend.az

5Mənbələr