AZ

UNICEF: Afrikada vəba epidemiyası uşaqlar üçün xüsusi təhlükə yaradır

Qərbi və Mərkəzi Afrikada yağış mövsümün başlanması ilə təxminən 80 min uşağın vəba xəstəliyinə yoluxma riski artıb.

Bakues.az xəbər verir ki, bu barədə Birləşmiş Millətlər Təşkilatının Uşaq Fondu (UNICEF) xəbərdarlıq edib.

“Güclü yağışlar, daşqınlar və əhalinin kütləvi miqrasiyası vəba xəstəliyinin yayılmasına təkan verir və uşaqların həyatını təhlükə altına qoyur”, – UNICEF-in Qərbi və Mərkəzi Afrika üzrə regional direktoru Jil Fannü bildirib.

Vəba bakteriyaya yoluxmuş qida və ya su qəbulu nəticəsində yaranan kəskin ishal xəstəliyidir. Xəstəlik oral məhlullar və antibiotiklər vasitəsilə müalicə edilə bilər. Müalicə olunmadıqda vəba bir neçə saat ərzində ölümlə nəticələnə bilər.

Afrikadakı azyaşlı uşaqlar zəif gigiyena və sanitariya şəraiti, təmiz suya çıxışın olmaması və ağır susuzlaşma riskinin artması səbəbindən vəba xəstəliyinə xüsusilə həssasdırlar.

Konqo Demokratik Respublikası (KDR) və Nigeriyada vəba xəstəliyinə aktiv yoluxma halları qonşu ölkələrə infeksiyanın transsərhəd ötürülməsi riskini artırır.

KDR regionun ən çox zərər çəkmiş ölkəsidir. İyul ayında burada 38 mindən çox yoluxma və 951 ölüm qeydə alınıb. Eyni zamanda, yoluxmaların 26 faizi beş yaşdan kiçik uşaqların payına düşür. Qətiyyətli qabaqlayıcı tədbirlər olmadan, bu ölkə 2017-ci ildən bəri vəba xəstəliyinə yoluxma halları ilə bağlı ən mürəkkəb vəziyyətlə üzləşə bilər.

Ən kritik vəziyyət KDR-in paytaxtı Kinşasada yaranıb. Burada intensiv yağışlar və daşqınlar son dörd həftə ərzində yoluxma hallarının kəskin artmasına səbəb olub. Şəhərin səhiyyə sisteminin onsuz da həddindən artıq yüklənməsi fonunda, xəstəlikdən ölüm nisbəti 8 faizə çatıb.

Nigeriya bölgədə ən çox zərər çəkən ikinci ölkədir: burada iyun ayının sonuna olan məlumata görə, 3109 ehtimal edilən yoluxma halı və 86 ölüm halı qeydə alınıb. Vəba bu ölkədə endemik xəstəlikdir. Son illərdə yoluxma halları dəfələrlə təkrarlanır.

Seçilən
28
1
icma.az

2Mənbələr