ABŞ Prezidentinin xüsusi nümayəndəsi Stiv Uitkoff yaxın günlərdə Rusiyaya səfər edəcək.
“Qafqazinfo” xəbər verir ki, bunu Prezident Donald Tramp Ağ Evdə jurnalistlərə bildirib.
“Bəli, o, İsrailə, sonra Rusiyaya gedəcək”, - Amerika lideri bildirib.
Ziyarət ABŞ-nin Ukrayna ilə münaqişəyə son qoyması üçün Rusiyaya verdiyi vaxtın bitdiyi ərəfəyə təsadüf edir.
Qeyd edək ki, Uitkoff sonuncu dəfə aprel ayında Moskvada olub