AZ

Avroliqa: “Dinamo” “Beşiktaş”ı 3-cü raunda buraxmadı

Bu gün futbol üzrə Avropa Liqasında (Avroliqa) 2025/2026-cı illər mövsümünün 2-ci təsnifat mərhələsinə yekun vurulub.

Arena.az xəbər verir ki, cavab oyunları çərçivəsində 8 qarşılaşma baş tutub.

Günün azərbaycanlı azarkeşlər üçün maraqlı oyunu Türkiyənin “Beşiktaş” komandası ilə sabiq “Qalatasaray”lı Arda Turanın baş məşqçisi olduğu Donetsk “Şaxtyor” (Ukrayna) arasında baş tutub. İlk oyunda olduğu kimi, bu dəfə də inamlı qələbəyə sevinmiş Ardanın komandası 3-cü raunda yüksəlib. “Beşiktaş” isə yoluna Konfrans Liqasında davam edəcək.

Avroliqanın ilk təsnifat mərhələsində Azərbaycan Kubokunun qalibi “Sabah”ı mübarizədən kənarlaşdırmış Sloveniyanın “Çelye” komandası da AEK (Kipr) səddini keçə bilməyib. Bu komanda da mübarizəni Konfrans Liqasında davam etdirəcək.

“Hakken”, ÇFR, “Utrext”, “Braqa”, “Midtyulland” və “Legiya” da Avroliqada növbəti mərhələyə vəsiqə qazanıblar. Bu komandaların mübarizədən kənarlaşdırdıqları kollektivlər isə Konfrans Liqasına düşüblər.

Avropa Liqası
2-ci təsnifat mərhələsinin ilk oyunları
24 iyul

AEK (Kipr) – Çelye (Sloveniya) 2:1 (ilk oyun 1:1)
Hakken (İsveç) – Anderlext (Belçika) 2:1, penaltilər – 4:2 (0:1)
ÇFR Kluj (Rumıniya) – Luqano (İsveçrə) 1:0 (0:0)
Şaxtyor (Donetsk, Ukrayn) – Beşiktaş (Türkiyə) 2:0 (4:2)
Utrext (Niderland) – Şerif (Moldova) 4:1 (3:1)
Braqa (Portuqaliya) – Levski (Bolqarıstan) 1:0 (0:0)
Hibernian (Şotlandiya) – Midtyulland (Danimarka) 1:2 (1:1)
Legiya (Polşa) – Banik (Çexiya) 2:1 (2:2)

Seçilən
92
13
arena.az

10Mənbələr