Bakı. Trend:
“Araz-Naxçıvan” ilə Yunanıstanın “Aris” komandası arasında UEFAKonfrans Liqasının II təsnifat mərhələsi çərçivəsində cavab görüşükeçirilib.
Trend-inməlumatına görə, Salonikidə baş tutan qarşılaşmada Elmar Baxşıyevinrəhbərlik etdiyi kollektiv üstün oyun sərgiləyib. İlk görüşdəBakıda 2:1 hesabı ilə qalib gələn komandamız cavab oyununda buüstünlüyü qorumağa çalışıb.
Görüş 2:2 hesablı bərabərliklə başa çatıb. Beləliklə,"Araz-Naxçıvan" növbəti mərhələyə vəsiqə qazanıb.