AZ

“Sabah”ın het-trik edən oyunçusu stadionda unuduldu - Video

“Sabah”ın futbolçusu Coy-Lens Mikels UEFA Konfrans Liqasının II təsnifat mərhələsinin Moldova “Petrokub”unu 4:1 hesabı ilə məğlub etdikləri cavab oyunundan sonra maraqlı hadisə ilə üzləşib.

Axar.az Teleqraf-a istinadən xəbər verir ki, “bayquşlar”ın avtobusu görüşdə het-trikə imza atan almaniyalı hücumçunu oyunun təşkil olunduğu Əlincə stadionunda unudub.

Mikels dərhal avtobusun arxasıyca qısa məsafə qət edərək onun dayandırılmasına müvəffəq olub.

Həmin video-görüntünü təqdim edirik:

Seçilən
42
1
axar.az

2Mənbələr