AZ

XİN: TASS üzr istəməzsə, agentliyin ölkədəki fəaliyyətinə məhdudiyyət qoyula bilər

Azərbaycan Xarici İşlər Nazirliyi TASS informasiya agentliyinin Xankəndini “Stepanakert” adlandırmasına sərt reaksiya verib.

Operativ Media xəbər verir ki, XİN-nin yaydığı bəyanatda bildirilib ki, bu təhrif Azərbaycan Respublikasının ərazi bütövlüyünə qarşı hörmətsizlikdir və rəsmi Bakı bu məsələdə TASS-dan üzr və düzəliş gözləyir.

Əks halda, Azərbaycanın daxili qanunvericiliyinə əsasən, agentliyin ölkə ərazisindəki fəaliyyətinə məhdudiyyətlərin tətbiq olunması nəzərdə tutulur.

Seçilən
104
2
operativmedia.az

10Mənbələr