AZ

İspaniya Qəzzaya 11 min insana çatacaq təcili ərzaq yardımı göndərir

İspaniya Qəzza zolağında "İsrailin səbəb olduğu aclığı" aradan qaldırmaq üçün təcili ərzaq yardımı göndəriləcəyini açıqlayıb.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə İspaniya Xarici İşlər Nazirliyinin bəyanat yayıb.

Açıqlamada 12 ton humanitar yardımın İspaniya Hərbi Hava Qüvvələrinə aid A400 hərbi təyyarəsi ilə Saraqosa Hava Bazasından İordaniyaya daşınacağı, oradan isə 24 paraşütlə Qəzzaya çatdırılacağı bildirilib.

Açıqlamada yardımın 11 min nəfərə yetəcək təxminən 5500 ərzaq paketindən ibarət olduğu və bunun Qəzza sərhədində gözləyən digər İspaniya yardımlarına əlavə olduğu qeyd edilib.

Seçilən
25
2
operativmm.az

3Mənbələr