“Aris”in Konfrans Liqasının II təsnifat mərhələsində “Araz-Naxçıvan”a ilk oyundakı məğlubiyyəti (1:2) yunanlar üçün şok effekti verib.
Sportinfo.az yerli mətbuata istinadən xəbər verir ki, Saloniki təmsilçisi həmin görüşdən sonra Azərbaycan klubuna daha ciddi yanaşmağa başlayıb.
Hətta “Aris”in sahibi Teodoros Karipidis qarşılaşmanın vacibliyini nəzərə alaraq, Salonikiyə yollanıb.
Tanınmış biznesmen onlara mərhələ adlamağın önəmindən danışacaq, hətta yüksək məbləğdə mükafat vəd edəcək.
Bu gün “Kleantis Vikelidis” stadionunda keçiriləcək “Aris” – “Araz-Naxçıvan” görüşü Bakı vaxtı ilə saat 22:15-də başlayacaq.