AZ

Sabit tarifin tətbiq olunması nə vəd edir? - ARAŞDIRMA

İyulun 28-də “Elektroenergetika haqqında” Qanuna dəyişiklik təsdiqlənib.

Bununla elektrik enerjisinin istehlak səviyyəsindən asılı olmayan sabit xarakterli xərclərin tənzimləyici tərəfindən müəyyənləşdirilən hissəsinin qarşılanması məqsədilə hər bir istehlakçı üzrə tətbiq olunan aylıq tarif elementi - sabit tarif mexanizmi əlavə edilib.

Sabit tarif (məsələn, 1 manat) hamı üçün eynidir. Məqsəd elektroenergetika sisteminin sabit və dəyişməyən xərclərinin bütün məişət istehlakçıları arasında ədalətli şəkildə bölüşdürülməsidir.

Sabit tarif mövcud tarifi artıracaq?

“Elektroenergetika haqqında” Qanuna dəyişikliklər müəyyən sualların meydana çıxmasına səbəb olub.

Ən çox verilən suallardan biri budur: “Sabit tarif tətbiq olunması mövcud tarifi artıracaqmı?”

Xeyr, sabit tarifin tətbiq olunması elektrikqaz tariflərinin artımı demək deyil. Mövcud tarifin daxilində strukturlaşdırma aparılması və istehlakından asılı olmayaraq hər bir abonentin sabit tarifi ödəməsi nəzərdə tutulur. Ümumiyyətlə “Sabit tarif” xərc əsaslı tarif elementlərindən biridir. Sabit tarifin tətbiqində əsas məqsəd xidmət keyfiyyətinin artırılmasıdır, lakin tariflərin artırılması hesabına deyil, mövcud istehlak tarifinin çəkilən xərclərin xarakterinə uyğun olaraq strukturlaşdırılması və təchizat sahələri üzrə stabil pul axınlarının formalaşdırılması hesabına əldə olunmasıdır.

Vətəndaşları ən çox maraqlandırdan suallardan biri isə belədir: “Elektrik enerjisi və qaz istehlak edən vətəndaş bunun ödənişindən əlavə sabit tarif də ödəməli olacaq?”

Sabit tarifin tətbiqi ilə normativ səviyyədə elektrik enerjisi və qaz istehlak edən vətəndaş üçün əlavə ödəmə nəzərdə tutulmur. Sadə dildə desək, sabit tarif hal-hazırda mövcud tarifinin daxilində istehlakçılar tərəfindən ödənilir. Bu baxımdan, sabit tarifin tətbiqinə mövcud tarifin tərkibində strukturlaşdırılma kimi baxılması daha doğru olar.

Sabit tarif nə vaxtdan tətbiq olunacaq?

Sabit tarifin nə vaxtdan tətbiq olunacağına gəlincə, qanunun qəbulu bilavasitə sabit tarifin tətbiqi mənasına gəlmir, tətbiqi üçün hüquqi zəmin yaranır. Sabit tarifin tətbiqi üçün Tarif Şurasının qərarı olmalıdır. Hal-hazırda bununla bağlı hər hansı müzakirə aparılmır.

Vətəndaş yaşamadığı evinə görə sabit tarif ödəyəcəkmi?

Başqa bir sual birdən çox mənzili olan vətəndaşların yaşamadıqları evlərində elektrik enerjisi və qaz üçün ödəniş edib-etməyəcəkləri ilə bağlıdır.

Seçilən
35
16
aznews.az

10Mənbələr