"Sabah" bu gün UEFA Konfrans Liqasının II təsnifat mərhələsi üzrə "Petrokub"la cavab oyununa çıxacaq. 

Offsideplus.az xəbər verir ki, qarşılaşma saat 20:00-da Masazırda, "Bank Respublika Arena"da baş tutacaq.

"Bayquşlar" Moldovada keçirilən ilk oyunda 2:0 hesabı ilə qalib gəlib. 

Qeyd edək ki, Valdas Dambrauskasın komandası mərhələni keçsə, “Levski” (Bolqarıstan) – “Braqa” (Portuqaliya) cütünün məğlubu (Avropa Liqasının ikinci təsnifat mərhələsində, ilk oyun - 0:0) ilə üz-üzə gələcək.

31 iyul

Konfrans Liqası, II təsnifat mərhələsi, cavab oyunu 

20:00. “Sabah”(Azərbaycan) - “Petrokub” (Moldova) 1:0 (Birinci hissə)

Qol: Coy Lens Mikels, 22.

Baş hakim Danilo Nikoliç (Serbiya)

Masazır. "Bank Respublika Arena"

İlk oyun - 2:0

"Sabah": 92. Stas Pokatilov, 3. Stiv Solvet, 7. Boyan Letić, 10. Anatoli Nuriyev, 13. İvan Lepinitsa, 18. Şafranko (k), 20. Coy-Lens Mikels, 22. Zinədin Uld Xaled, 40. İqor Noqeyra, 70. Cesse Sekidika, 80. Akim Zedadka

Ehtiyat oyunçular: 55. Nicat Mehbalıyev, 72. Rüstəm Samiqullin, 2. Amin Seydiyev, 6. Abdullah Xaybullayev, 5. Rəhman Daşdəmirov, 8. Ayaz Quliyev, 11. Kahim Parris, 17. Tellur Mütəllimov, 33. Umarali Raxmonaliyev, 53. Andrey Viktor, 88. Xəyal Əliyev, 99. Nyeqoş Kupusoviç

"Petrokub": 1. Smalenea, 11. Platiça, 13. Kojokaru, 15. Popesku, 19. Rotaru, 23. Lupan, 39. Lunqu, 44. Djou, 66. Borş, 79. Boqaçiuk, 90. İon Jardan (k).

Ehtiyat oyunçular: 31. Dodon, 32. Koval, 3. Kukoş, 7. Şpataru, 8. Demian, 17. Paşkalutsa, 21. Potirnişe, 24. Ngah, 27. Dijinari, 37. Puşkaş