"Sumqayıt" heyətinə yeni futbolçu cəlb edib.

Offsideplus.az xəbər verir ki, Saşa İliçin komandasına beninli cinah oyunçusu Abdul Raşid Mumini transfer olunub. Bu barədə klubun rəsmi saytı məlumat yayıb. 

20 yaşlı futbolçu ilə 3 illik sözləşmə imzalanıb. Cinah oyunçusu "25" nömrəli formanı geyinəcək.

Qeyd edək ki, "Sumqayıt" buna qədər Pedro Pinto, Aleksa Yankoviç, Rauf Rüstəmli, Aleksandr Ramalinqom, Rayan Senhadji, Rüstəm Əhmədzadə və Nikola Ninkoviçi transfer edib.