Burak Özçivitin gedişindən sonra yeni baş rol axtaran “Kuruluş Osman” serialında Orxan bəy rolunu kimin oynayacağı bəlli olub.
Referans Türkiyə mətbuatına istinadən xəbər verir ki, ötən mövsüm "Kızıl Goncalar" serialındakı performansı ilə diqqət çəkən Mert Yazıcıoğlu bu dəfə Orxan bəyi canlandıracaq.
Məlumata görə, yeni sezonda aktyor dəyişikliyi ilə yanaşı hekayədə də yenilik yaşanacaq.
Qeyd edək ki, 2019-cu ildən bəri serialda baş rol olan Burak Özçivit hər bölüm üçün 4 milyon lirə (təxminən 167 min manat) istədiyi üçün prodüser şirkəti ilə aktyor arsasında mübahisə yaranıb. Razılıq əldə olunmadığı üçün Özçivit şirkət ilə yollarını ayırıb./publika.az
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta