AZ

QHT Lənkəran rayonunda maarifləndirici təlim təşkil edib - FOTOLAR

Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “Könüldə Nur” Kimsəsizlərin və Xüsusi Qayğıya Ehtiyacı Olanların Sosial İnkişafına Dəstək İctimai Birliyi tərəfindən həyata keçirilən “Erkən Nikaha Qarşı Sosial Platforma” layihəsi çərçivəsində 28 iyun 2025-ci il tarixində Lənkəran rayonunda maarifləndirici təlim təşkil edilib.

QHT.az xəbər verir ki, təlimdə psixoloqlar, müəllimlər və yerli icra strukturlarının nümayəndələri iştirak ediblər. Təlimin açılışını edən layihənin təlimçisi Şəlalə Ağayeva erkən nikahın tibbi və psixoloji fəsadları barədə geniş məlumat verib. O, erkən yaşda nikahın qızların sağlamlığına, psixoloji inkişafına və gələcək həyatına mənfi təsirlərini faktlar və nümunələr əsasında izah edib.

İctimai Birliyin sədri Könül Qasımova layihənin əsas məqsədinin erkən nikah hallarının qarşısının alınması və zərərçəkmiş şəxslərə dəstək göstərilməsi olduğunu qeyd edib. O, rəhbərlik etdiyi “Sevgi Evi Qadın və Uşaq Sığınacağı”nda reabilitasiya prosesi keçmiş qadınların real həyat hekayələrindən bəhs edərək mövzunun aktuallığını bir daha vurğulayıb.

Seçilən
40
7
qht.az

8Mənbələr