AZ

Sabahdan bu yollarda hərəkət mərhələli şəkildə məhdudlaşdırılacaq

M2 Bakı-Ələt-Qazax-Gürcüstan Respublikası ilə dövlət sərhədi avtomobil yolunun 15, 69, 97.7 və 117-ci kilometrlik hissələrində aparılacaq təmir işləri ilə əlaqədar olaraq, 1 avqust tarixindən etibarən avtonəqliyyat vasitələrinin hərəkəti mərhələli şəkildə məhdudlaşdırılacaq.

Ekologiya.az nxəbər verir ki, bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi məlumat yayıb.


Bildirilib ki, hərəkətin məhdudlaşdırılması aparılan işlər bitənədək qüvvədə olacaq:

"Sürücülərdən sözügedən hissələrdə hərəkətdə olarkən diqqətli olmaları, yol hərəkəti qaydalarına və müvəqqəti yol nişanlarının tələblərinə riayət etmələri xahiş olunur".

Seçilən
105
26
ekologiya.az

10Mənbələr