Müştəri məmnuniyyəti ilə bağlı tez-tez tənqidlərə məruz qalan restoranlar şəbəkəsi olan KFC-nin Port Baku filialında müştəriyə köhnə, qaralmış toyuq budu veriblər.
“Toyuğa baxan kimi bilinir ki, köhnədi və sadəcə qızdırılıb göndəriblər. Qapqara, rezin kimi bərk, içi göy, köhnə iy gəlir və ət parçalana-parçalana tökülür. Bir sözlə, yemək mümkün deyil”, – deyə müştəri bildirib.
Leyla Feyzullayeva həmçinin qeyd edib ki, sifarişi acısız istəməsinə baxmayaraq, bütün məhsullar acılı olub:
“Deyəsən, acılı etməklə köhnə toyuğun dadını ört-basdır etmək istəyiblər.”
Müştəri digərlərinə də eyni vəziyyətlə qarşılaşmamaq üçün ehtiyatlı olmaları barədə xəbərdarlıq edib.
Hazırda KFC tərəfinin bu şikayətə münasibəti məlum deyil. Məsələ ilə bağlı rəsmi açıqlama verildiyi təqdirdə xəbər yenilənəcək.





