AZ

"Çox pisəm, yalvarıram, oyan" - FOTO

Əməkdar artist Aybəniz Haşımova Xalq artisti Arif Babayevlə bağlı paylaşım edib.

Bizim.Media xəbər verir ki, müğənni xanəndəni yuxuda gördüyünü deyib.
 

Yuxusunu yazan Haşımova bunları əlavə edib: "Bu gecə Arif müəllimi yuxumda gördüm. Amma onu o halda görmək istəməzdim... Sanki məni görmürdü, təkcə səsimi eşidirdi. Hərəkətsiz və sakitcə nəfəs alırdı, sanki içində son segahını oxuyurdu.


Necə pis olurmuş bülbülün susması. Sənə "Leyli"dən oxuyummu dedim, elə bil hiss etdi, duydu dediyimi. Oxudum, sanki səsimin izini axtarırdı, görsün haradayam. Yanındayam ustad. Arif müəllim, təəssüf ki, yuxuda yanındayam. Kaş ki, bunlar hamısı yuxu olardı.

Oyanaydın, qorxma qızım, yaxşıyam deyəydin. Çox pisəm, ustad, çox pis. Öyan, ömrümdə ağlıma belə yuxu gəlməzdi. Kaş ki, bu yuxunu görməsəydim.

 

Birdən yadıma uşaqlığımda o günlərdən biri düşdü. Arif müəllimin mənə bağışladığı braşuranı xatırladım. Dərhal onu şəkillərimin arasından tapdım və baxdım. Və bir cümlə gözümə sataşdı:


Mən səndən bir müəllim kimi həmişə razı qalmışam. Qoy sənin incə səsindən zövq almaq üçün xalqımız səni öz köməyinə çağırsın.
 

İndi mən səni səsləyirəm, Arif müəllim, oyan. Kimə üz tutaq, kimə yalvaraq? Bircə sən oyanasan... Sevdiyin xalqın xatirinə, oyan... Bizi bu sınaqda tək qoyma... Səsin, nəfəsin, nəfəsinlə yoğrulmuş muğamın hələ çox ürəyə yol tapmalıdır. Bizi sənsiz buraxma".


Qeyd edək ki, A.Babayevin bir neçə gündür səhhəti pisləşib və xəstəxanaya yerləşdirilib. (axsam.az)


Bizim.Media

Seçilən
12
8
bizim.media

10Mənbələr