AZ

Bakı-Qazax yolundan istifadə edən sürücülərin NƏZƏRİNƏ - MÜHÜM DƏYİŞİKLİK

Bakı-Ələt-Qazax-Gürcüstanla dövlət sərhədi avtomobil yolunun 15, 69, 97.7 və 117-ci kilometrlik hissələrində aparılacaq təmir işləri ilə bağlı sabahdan avtonəqliyyat vasitələrinin hərəkət istiqaməti mərhələli şəkildə müvəqqəti dəyişdiriləcək.

Yenisabah.az xəbər verir ki, bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi məlumat yayıb.

Məlumata görə, müvəqqəti dəyişiklik təmir işləri başa çatana qədər qüvvədə olacaq. Tikinti aparılan ərazidə nəqliyyatın hərəkəti əks istiqamət üzrə ikitərəfli təşkil ediləcək. Marqarita pizza

"Sürücülərdən aparılan işlərə anlayışla yanaşmaları, qeyd olunan ərazilərdə hərəkət zamanı diqqətli olmaları, müvəqqəti yol nişanlarının tələblərinə və yol hərəkəti qaydalarına ciddi şəkildə əməl etmələri xahiş olunur", - deyə məlumatda qeyd olunub.


Telegram kanalımız
Seçilən
59
6
yenisabah.az

9Mənbələr