“Qarabağ” barəsindəki açıqlaması ilə Azərbaycanda gündəmə gələn FCSB-nin sahibi Gigi Bekali bir neçə gün futboldan danışmayacaq.
Sportinfo.az xəbər verir ki, o, bu barədə Çempionlar Liqasının 2-ci təsnifat mərhələsində “Şkendiya”ya (Şimali Makedoniya) evdəki məğlubiyyətdən (1:2, ilk matç 0:1) sonra deyib.
O, komandasın uduzmasına əsəbi reaksiya verib. Bekali məğlubiyyəti utancverici adlandırıb:
“Bu ana qədər komanda mənə danışmağa imkan verirdi. Bundan sonra nə deyim? Komanda məni lağa qoyursa, danışmağa haqqım var?”
FCSB-nin sahibinin sərt tənqidlərinin hədəfində isə komandanın kapitanı Adrian Şut olub. Bekali onu “havada gəzən” adlandıraraq, oyun boyu topdan qaçdığını və meydanda liderlik göstərmədiyini bildirib.
“Şut ancaq TikTok-dadır, nə deyə bilərik? Bütün oyunu təkbaşına Vlad Kirikeş apardı. Halbuki bunu etməli olan Şut idi, o isə hər şeyi Kirikeşin üzərinə atdı.
36 yaşlı oyunçudan matçı udmasını gözləyirsən? Məncə, oyunun taleyi mərkəzdən həll olunur. Şut nə top qəbul edirdi, nə də rəqibdən top almaq üçün ayağını uzadırdı.