AZ

"Hayduk" təmsilçimizlə görüşə ciddi itki ilə çıxmalı olacaq

UEFA Konfrans Liqasının II təsnifat mərhələsinin cavab matçında doğma meydanda "Zirə"ni qəbul edən "Hayduk" ciddi itki ilə üzləşib.

Oxu.Az Xorvatiya mətbuatına istinadən xəbər verir ki, meydan sahiblərinin aparıcı futbolçusu Marino Skelin dizindən aldığı zədəyə görə "Zirə" ilə oyuna çıxmayacaq.

Split təmsilçisi üçün bu, ciddi itki hesab edilir. Çünki 18 yaşlı mərkəz müdafiəçisi Bakıda öz komandasının ən yaxşılarından biri olmuşdu (1:1).

Xorvat mediasının iddiasına görə, baş məşqçi Qonzalo Qarsiya Skelini Branimir Mlaçiç və ya Fran Karaçiçlə əvəzləyəcək.

Qeyd edək ki, "Hayduk" - "Zirə" matçı bu gün keçiriləcək və matça Bakı vaxtı ilə saat 23:00-da start veriləcək.

"Cebheinfo.az" 

Seçilən
24
1
cebheinfo.az

2Mənbələr