AZ

Azərbaycan çiyələk ixracını iyunda 51 % artırıb

Bu ilin yanvar-iyun aylarında Azərbaycan 27 milyon ABŞ dolları dəyərində çiyələk ixrac edib.

Bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin “İxrac İcmalı”nın iyul sayında bildirilir.

Sənədə əsasən, bu, ötən ilin 6 ayı ilə müqayisədə 4,5 milyon ABŞ dolları və yaxud 20 % çoxdur.

Təkcə iyunda isə Azərbaycan xaricə 14,5 milyon ABŞ dolları dəyərində çiyələk ixrac edib ki, bu da 1 il əvvələ nisbətən 4,9 ABŞ dolları və yaxud 51 % çoxdur.

Seçilən
46
4
aznews.az

5Mənbələr