AZ

Zaqatalada qadını vurub qaçan sürücü TUTULDU

Zaqatalada piyadanın ölümü ilə nəticələnən yol qəzası haqqında xəbər vermişdik. Belə ki, qadını vuraraq öldürən sürücü hadisə yerindən qaçmışdı.
 


Sfera.az “Lent.az”a istinadən xəbər verir ki, Zaqatala rayon Polis Şöbəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində 59 yaşlı Südabə Mürsəliyevanı avtomobillə vurub hadisə yerindən qaçan sürücünün rayonun Muxax kənd sakini, 1958-ci il təvəllüdlü Fikrət Mahmud oğlu Ramazanov olması müəyyən edilib.


O, idarə etdiyi "VAZ -2106" markalı avtomobillə birlikdə saxlanılıb.

Seçilən
38
1
sfera.az

2Mənbələr