“Bank of Baku” strateji hədəflərindən biri olan kiçik və orta sahibkarlığın inkişafını dəstəkləmək məqsədilə sərfəli maliyyə fürsətləri yaratmağa davam edir.
İndi “Bank of Baku” biznesini böyütmək istəyən sahibkarlara 100 min AZN-dək sahibkar kreditini xüsusi şərtlərlə təklif edir:
• Məbləğ: 100 min AZN-dək
• Güzəşt müddəti: 12 ayadək
• Girovsuz
• Zaminsiz
“Bank of Baku”nun bu təklifindən sahibkarlıq fəaliyyəti olan həm fiziki, həm də hüquqi şəxslər faydalana bilər. Bankın bu addımı mikro sahibkarların maliyyəyə çıxış imkanlarını artırmaqla onlara bizneslərini genişləndirməyə və dayanıqlı şəkildə inkişaf etdirməyə şərait yaradır.
100 min AZN-dək sahibkar kreditinin qeyd olunan linkə keçid edərək sürətli şəkildə birbaşa sifarişi mümkündür: https://bob.az/Mikro-kredit
Məlumat üçün bildirək ki, “Bank of Baku” tərəfindən sahibkar müştərilərinə özəl olaraq “İŞ KART” biznes kartı təqdim edilir. Həmçinin bankın 145 Məlumat Mərkəzi daxilində korporativ müştərilər üçün yaradılan “Korporativ Xidmət Bölməsi” fəaliyyət göstərir. Xidmətlə 145-1-3 nömrəsi vasitəsilə əlaqə saxlayıb məlumat almaq mümkündür.
Qeyd edək ki, 30 ildən çoxdur fəaliyyət göstərən Bank paytaxt Bakıda və regionlarda ümumilikdə 20 filialı ilə 1 milyondan çox vətəndaşa xidmət göstərir.
Daha ətraflı:
145 Məlumat Mərkəzi