AZ

Ötən rüb SOCAR-ın emal etdiyi neft və qazın həcmi bəlli olub

Bakı, 31 iyul, AZƏRTAC

Cari ilin ikinci rübündə SOCAR tərəfindən 1,5 milyon tondan çox neft, 766 milyon kubmetrdən çox qaz emal edilib.

AZƏRTAC SOCAR-ın açıqladığı rüblük hesabata istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə müvafiq olaraq 0,22 faiz və 11 faiz azdır.

SOCAR-ın Azərbaycandakı müəssisələrində istehsal olunan 570 min tona yaxın neft, neft-kimya və qaz-kimya məhsulları xarici bazarlara ixrac edilib. İxrac olunan neft, neft-kimya və qaz-kimya məhsulları ötən ilin analoji dövrü ilə müqayisədə 13,5 faiz azdır.

Seçilən
36
2
azertag.az

3Mənbələr