AZ

“Qarabağ”ın “Şkendiya” ilə matçlarının hakimləri müəyyənləşib

Gələn həftə UEFA Çempionlar Liqasının III təsnifat mərhələsi start götürəcək.

Apasport.az xəbər verir ki, “Qarabağ” Şimali Makedoniya klubu “Şkendiya” ilə qarşılaşacaq.

Komandaların keçirəcəyi hər iki oyunu idarə edəcək hakimlər açıqlanıb.

UEFA Skopyedəki ilk görüşü Slovakiyadan, Bakıdakı cavab qarşılaşmasını isə Niderlanddan olan hakimlər briqadasına həvalə edib.

“Şkendiya” – “Qarabağ”

Saat 22:00. 5 avqust

Baş hakim: İvan Kruzliak

Baş hakimin köməkçiləri: Branislav Hançko, Yan Pozor

Dördüncü hakim: Peter Kraloviç

VAR: Mixal Oçenaş

AVAR: Boris Marhefka

(Hakimlər briqadası Slovakiyadandır)

“Todor Proeski” stadionu

“Qarabağ” – “Şkendiya”

Saat 20:00. 12 avqust.

Baş hakim: Danni Makkelie

Baş hakimin köməkçiləri: Hessel Steeqstra, Yan de Vries

Dördüncü hakim: Mark Naqteqaal

VAR: Dennis Hiqler

AVAR: Riçard Martens

(Hakimlər briqadası Niderlanddandır)

Tofiq Bəhramov adına Respublika Stadionu

“Araz-Naxçıvan” Yunanıstan səfərində - YENİLƏNİR

“Neftçi”dən “Qarabağ”a qədər: Avropada 150-ci qələbə

“Qarabağ”ın matçlarının tarixləri bəlli oldu

“Sabah” “Petrokub”u qəbul edir - YENİLƏNİR

ÇL: “Qarabağ”ın növbəti mərhələdəki rəqibi müəyyənləşib

Seçilən
32
1
apasport.az

10Mənbələr