AZ

“3 dəfə infarkt keçirən insan qəbirdə necə dirilər?”

"Retro Baku" yutub layihəsinin növbəti buraxılışı mərhum Xalq artisti Gülşən Qurbanovaya həsr edilib.

Publika.az xəbər verir ki, aktrisanın həyatı, onun ölümündən sonra haqqında yayılan şayiələrdən bəhs olunub.

"Bayramda hamı evində otururdu. O isə oturmurdu. Gedirdi tədbirlərə. Biz də gecə yarısı 2-yə kimi gözləyirdik ki, nə vaxt gələcək. Heç kim deyə bilməzdi ki, Gülşənin səhhətində problem var. Bunu göstərmirdi. Şəkər xəstəsi idi. Yəqin problemlər bundan asılı idi. Qutu-qutu dərman içirdi. Ölümündən sonra xəbər çıxdı. Guya onu diri-diri basdırıblar. Yalandır" deyə, onun bacısı oğlu Cavid Əhədov deyib.

Proqramda aktrisanın vəsiyyətindən söz açılıb. Onun ölümündən sonra 1-2 gün dəfn edilməməyi istədiyi bildirilib.

Proqramda aktrisa ilə bağlı yayılan vəfatından sonra qəbirdə dirildiyi, hətta kəfənin düyününün açıldığı şayiəyə Xalq artisti Yasin Qarayev cavab verib.

"Bunlar yalan məlumatlardır. Üç dəfə infarkt keçirən bir insan necə dirilə bilər?".

Seçilən
41
2
publika.az

3Mənbələr