AZ

Mərkəzi Bank iki elektron pul təşkilatına icrası məcburi göstəriş verib

Bakı. Trend:

Azərbaycan Mərkəzi Bankı (AMB) tərəfindən “Mpay” QSC və “PulPal”MMC elektron pul təşkilatlarına təshih tədbirləri tətbiqedilib.

Trend bubarədə AMB-yə istinadən xəbər verir.

"Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən hər ikişirkətdə həyata keçirilən planlı yoxlama çərçivəsində aşkar edilmişaidiyyəti qanunvericilik və normativ aktların tələblərininpozulması halları ilə əlaqədar olaraq, “Mərkəzi Bank haqqında”Azərbaycan Respublikasının Qanununun 48.2.4-cü və “Ödənişxidmətləri və ödəniş sistemləri haqqında” AzərbaycanRespublikasının Qanunun 63.1-ci maddələrinə əsasən cinayət yolu iləəldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçulugunmaliyyələşməsinə dair mübarizə, habelə nağd pulla işin təşkili vədaxili nəzarət sistemlərinin gücləndirilməsi sahələrindəçatışmazlıqların aradan qaldırılması üçün icrası məcburigöstərişlər verilib", - deyə məlumatda vurğulanıb.

Seçilən
20
az.trend.az

1Mənbələr