Dövlət Dil Komissiyasının tərkibinin yenilənməsi haqqında Azərbaycan Respublikasının Prezidenti Fərman imzalayıb.
Yenisabah.az xəbər verir ki, siyahıda yer alan Komissiya üzvləri içərisində dünyasını dəyişən ictimai xadimlər var.
Bunlar Xalq yazıçısı Mövlud Süleymanlı, Azərbaycan Dövlət Pedaqoji Universitetinin professoru Buludxan Xəlilov, filologiya elmləri doktoru, professor Aydın Ələkbərov, Bakı Dövlət Universitetinin İlahiyyat fakültəsinin keçmiş dekanı, AMEA-nın həqiqi üzvü Vasim Məmmədəliyev və “Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyətinin keçmiş sədri Arif Alışanovdur. Marqarita pizza
Həmin şəxslərin yerinə kimlərin təyin olunacağı hələlik məlum deyil.
Xatırladaq ki, Nazirlər Kabineti Dövlət Dil Komissiyasının yeni tərkibi ilə bağlı təkliflərini 3 ay müddətində hazırlayıb Prezidentə təqdim etməlidir.
Telegram kanalımız