AZ

Həkim xəbərdarlıq edir: Kofeni bu saatdan sonra içməyin

San-Paulo Universitetindən dietoloq Amanda Figueiredo bildirib ki, kofe çox gec saatlarda içildikdə yuxusuzluğa səbəb ola bilər.

Ölkə.az xəbər verir ki, o, "Terra" nəşrinə verdiyi müsahibədə bu içkini gün ərzində sonuncu dəfə qəbul etmək üçün ideal vaxtı açıqlayıb.

"Yatmazdan altı saat əvvəl kofe içməkdən çəkinməlisiniz. Bunun səbəbi kofeinin bədəndə 4-6 saat yarı ömrünə sahib olmasıdır", - deyə diyetoloq izah edib.

Eyni zamanda mütəxəssis vurğulayıb ki, hər bir orqanizm fərdidir və kofeyə qarşı həssaslıq bir çox amillərdən — genetika, yaş, bioloji ritmlər və insanın qəbul etdiyi dərmanlardan asılı olaraq dəyişə bilər.

Həmidə İbrahimova

Seçilən
23
olke.az

1Mənbələr