AZ

Asiya valyutaları ABŞ dollarına qarşı son iki ayın minimumuna düşüb

Filippin pesosu neft qiymətlərinin artması fonunda ölkənin xam neft idxalına dair xərclərinə dair narahatlıqların güclənməsi səbəbilə Asiyada ən çox dəyər itirən valyuta olub.

-ə istinadən xəbər verir ki, Hindistan rupisi isə rekord aşağı səviyyələrinə yaxın dalğalanıb.

Asiya valyutaları son iki ayın ən aşağı səviyyəsinə düşüb. Dolların möhkəmlənməsi və ABŞ-ın bəzi ölkələrlə apardığı tarif danışıqlarındakı qeyri-müəyyənlik buna səbəb olub. Asiya valyutalarının ABŞ dollarına qarşı məzənnəsini göstərən “Bloomberg Asia Dollar Index” sessiyanın əvvəlində 0,2% azalaraq 19 maydan bəri ən aşağı həddə enib.

ABŞ-ın faizləri dəyişməz saxlaması və güclü iqtisadi göstəricilər səbəb ilə sentyabrda faiz endirimi gözləntilərinin azalması da dolların yüksəlişini dəstəkləyib. Asiya mərkəzi bankları valyutalarını sabit saxlamaq üçün müdaxilələrini artırıb. Honqkonq Valyuta İdarəsi 3.925 mlrd. Honkonq dolları (HKD) alıb, İndoneziya Bankı da bazara müdaxilə edib. Çin Xalq Bankı yuanı dəstəkləmək üçün gözləniləndən daha güclü məzənnə təyin edib.

Bu arada, Meksika pesosu inkişaf etməkdə olan bazar valyutaları arasında liderliyə yüksəlib. Tramp və Meksika Prezidenti Şeynbaumun telefon danışığı planlaşdırması, ticarət danışıqlarında irəliləyiş ümidlərini artırıb.

MSCI inkişaf etməkdə olan bazar indeksləri isə iki həftənin minimumuna düşüb. Çin və Honqkonq səhmləri, zəif PMI (biznesin inam indeksi) nəticələri və ABŞ-Çin danışıqları öncəsində 1,5%-dən çox ucuzlaşıb. Cənubi Koreya indeksləri də “Samsung”un zəif mənfəət göstəricilərindən sonra geriləyib.

Seçilən
95
banker.az

1Mənbələr