Ajans.az Fərmanı təqdim edir: Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram: 1. Azərbaycan Respublikası Prezidentinin 2024-cü il 1 aprel tarixli 25 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2024, № 4, maddə 372; 2025, № 1, maddə 28) ilə təsdiq edilmiş “Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin Nizamnaməsi”nin 4-cü hissəsində aşağıdakı dəyişikliklər edilsin: 1.1. 4.20-ci bəndin üçüncü cümləsində “bir” sözü “3 (üç)” sözləri ilə əvəz edilsin; 1.2. 4.21-ci bənddə “müavini” sözü “müavinlərindən biri” sözləri ilə əvəz edilsin; 1.3. 4.22-ci bənddə “müavini” sözü “müavinləri” sözü ilə əvəz edilsin. 2. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Fərmandan irəli gələn məsələləri həll etsin. İlham Əliyev Azərbaycan Respublikasının Prezidenti Bakı şəhəri, 31 iyul 2025-ci il