AZ

Suriyalı nazir Lavrova: Düz olaq

BAKI, 31 iyul. TELEQRAF

“Dəməşq Suriya ilə Rusiya arasında düzgün qarşılıqlı əlaqənin qurulmasında maraqlıdır”.

Teleqraf xəbər verir ki, bunu Suriya xarici işlər naziri Əsəd Şibani Moskvada rusiyalı həmkarı Sergey Lavrovla görüşündə deyib.

“Rusiya və Suriya xalqları arasında münasibətlər tarixi xarakter daşıyır. Əlbəttə, bu münasibətləri müəyyən edən və çətinləşdirən bir sıra məqamlar var. Bu gün biz yeni Suriyanı təmsil edirik və biz ölkələrimiz arasında əməkdaşlığa və qarşılıqlı hörmətə əsaslanan düzgün qarşılıqlı fəaliyyət və münasibətlərin qurulmasında maraqlıyıq”, - nazir bildirib.

Seçilən
7
1
teleqraf.com

2Mənbələr