AZ

Azyaşlı və 31 yaşlı kişi dənizdə boğuldu

Sabunçu rayonunda, Pirşağı çimərliyində iki nəfər boğulub.

Heftelik.az-ın APA-ya istinadən verdiyi məlumata görə, hadisə iyulun 28-i saat axşam saatlarında qeydə alınıb.

İmişli rayon sakini olan 2017-ci il təvəllüdlü azyaşlı dənizdə çimərkən boğulub.

Onun meyiti sudan çıxarılıb.

Elə həmin vaxt Pirşağı çimərliyində Bakı şəhər sakini 1994-cü il təvəllüdlü Rüfət Cabbarov suda boğulub. Onun da meyiti sudan çıxarılıb.

Hər iki faktla bağlı araşdırma aparılır.

Seçilən
32
8
heftelik.az

10Mənbələr