AZ

Tramp Medvedevə: “Danışığına fikir ver” | VİDEO

AzVision.az xəbər verir ki, Amerika lideri özünün “Truth Social”sosial şəbəkəsində belə paylaşım edib.

“Rusiyanın uğursuz keçmiş prezidenti və hələ də özünü prezident hesab edən Medvedevə deyin ki, sözlərinə fikir versin. O, çox təhlükəli əraziyə girir!”,- Donald Tramp yazıb.

Xatırladaq ki, bir neçə gün əvvəl Trampın Rusiya üçün rüsumlarla bağlı ultimatumu 50 gündən 10-12 günə qədər azaltdıqdan sonra Dmitri Medvedev ifrat anti-Rusiya mövqeyi tutan amerikalı senator Lindsi Qremlə şifahi mübahisəyə girişib.

- Rusiya nə İsraildir, nə də İrandır ki, ona ultimatumlar qoysun və hər belə tələb müharibəyə doğru bir addımdır. Rusiya və Ukrayna arasında yox, Trampın öz ölkəsi ilə. Yuxulu Conun yolu ilə getməyin”, - Medvedev “X” sosial şəbəkəsində bildirib.

Lindis Qrem, öz növbəsində, Rusiyanın uğursuz prezidentinə belə cavab verib:“Rusiyada prezident Trampın Rusiya ilə Ukrayna arasında axan qanı dayandırmaqda ciddi olmadığını düşünənlərə müraciət edirəm: Siz və himayədarlarınız çox yanılmaq üzrəsiniz. Tezliklə ABŞ-da prezidentin artıq Co Bayden olmadığını görəcəksiniz. Danışıqlar masasına əyləşin”.

Şifahi polemikanı dayandırmayan Medvedev bildirib ki, danışıq masası arxasına nə vaxt oturmağı diktə etmək Qremin və ya Trampın işi deyil.

- Hərbi əməliyyatımızın bütün məqsədlərinə nail olunanda danışıqlar bitəcək. İlk növbədə Amerika üçün çalışın, babalar”,- Rusiya Təhlükəsizlik Şurası sədrinin müavini lovğalıqla vurğulayıb.


Sahil İsgəndərov
AzVision.az
Seçilən
28
1
azvision.az

2Mənbələr