AZ

PUA-lar Penzadakı silah zavoduna hücum edib

PUA-lar

Bu gün səhər saatlarında Ukraynanın pilotsuz uçuş aparatları (PUA) Rusiyanın Penza məntəqəsindəki hərbi obyektə hücum edib.

Reyting.az
xəbər verir ki, hücumun hədəfi Penzadakı silah zavodu olub.

Qubernator Oleq Melniçenko deyib ki, sənaye müəssisəsi zədələnib, ərazisində yanğın baş verib. O, itki və dağıntının olmadığını bildirib.

Hücumdan sonra Penza vilayətində mobil internet kəsilib.

“Bu zəruri tədbir hərbi qulluqçularımıza PUA-ları məhv etməyə kömək edir”,- Melniçenko izah edib.

Eyni zamanda Penzada “hava təhlükəsi” elan edilib. Qubernator sakinləri pəncərələrdən uzaqlaşmağa və liftlərdən istifadə etməməyə, əgər çöldədirlərsə, binalarda və ya yeraltı dayanacaqlarda gizlənməyə çağırıb.

Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurası yanında Dezinformasiyaya Qarşı Mübarizə Mərkəzinin rəhbəri Andrey Kovalenko bildirib ki, hücumun hədəfi Rusiya hərbi-sənaye kompleksi üçün işləyən, qoşun və silahlara nəzarət sistemlərinin istehsalı üzrə ixtisaslaşan “Radiozavod” olub. Müəssisə United Instrument-Making Corporation-ın (Rostec-ə məxsusdur) bir hissəsidir və Avropa İttifaqı, ABŞ və Kanadanın sanksiya siyahısındadır.

V. QULİYEV
Seçilən
55
reyting.az

1Mənbələr