Xaçmazda avtomobil daş səkiyə çırpılıb.
KONKRET.az xəbər verir ki, Rövkət Qurban oğlu Yunusov idarə etdiyi QAZ-3302 markalı, 40 BH 723 dövlət qeydiyyat nişanlı yük avtomobil ilə Xaçmaz-Quba yolunun 1-ci kilometrində hərəkətdə olarkən ürəktutmasından vəfat edib.
O, sükan arxasında öldüyündən avtomobil daş səkiyə çırpılıb.
Faktla bağlı cinayət işi başlanılaraq istintaq aparılır.