BAKI, TurkicWorld
İsrail ordusunun Qəzzanın Sudaniyyə bölgəsində həyata keçirdiyi hücum nəticəsində yardım gözləyən fələstinlilər hədəfə alınıb.
TurkicWorld xəbər verir ki, bu barədə Qəzzadakı Hökumət Media İdarəsi açıqlama yayıb. Açıqlamaya cəmi üç saat ərzində azı 51 nəfərin həyatını itirdiyi, 648 nəfərin isə yaralandığı bildirilib. Hücum zamanı yardım yük maşınlarından ərzaq toplamağa çalışan mülki şəxslərin qəsdən hədəf alındığı bildirilib.
Hücumun Zikim bölgəsindən gələn humanitar yardım maşınlarını qarşılayan mülki şəxsləri hədəf aldığı vurğulanır.
Açıqlamada Qəzzaya dünən daxil olan cəmi 112 yük maşını humanitar yardımın böyük hissəsinin bölgədəki xaos və İsrailin sistemli nəzarətsizliyi səbəbilə talandığı bildirilib. Yerli mənbələr yardımın yetərsiz olduğunu, blokada altında olan bölgəyə gündə ən az 600 yük maşını yardımın daxil olması lazım gəldiyini vurğulayır.
Misirə məxsus dörd hərbi yük təyyarəsi bölgənin qurudan əlçatmaz nöqtələrinə havadan yardım çatdırsa da, BMT və beynəlxalq hüquq qrupları bildirir ki, bu cəhdlər aclığın qarşısını almaqda yetərli deyil və quru yollarının açılmasına zəruri ehtiyac var.
Qəzza Mülki Müdafiə İdarəsinin sözçüsü Mahmud Basalın açıqlamasında qeyd olunur ki, Zikim bölgəsindəki hücum zamanı ölənlərin sayı 40 nəfəri keçib, bölgədəki xəstəxanalar isə yaralılarla dolub. Basal, hücumun mülki insanlara qarşı qəsdən yönəldiyini və bölgədəki səhiyyə sisteminin çöküş həddində olduğunu bildirib.