AZ

Kamçatkada 1 saat ərzində 8 zəlzələ olub

Kamçatka sahillərində bir saat ərzində səkkiz zəlzələ qeydə alınıb.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə Rusiya Elmlər Akademiyasının Vahid Geofizika Xidmətinin Kamçatka filialı məlumat yayıb.

Bildirilib ki, seysmoloqların məlumatına görə, zəlzələlərin maqnitudası 4,5-6,7 bal təşkil edib.

Yeraltı təkanların gücü 2-3 bal olub.

Qeyd edək ki, dünən Rusiyanın Kamçatka bölgəsində 8,7 bal gücündə güclü zəlzələ qeydə alınıb.

Seçilən
36
8
operativmm.az

9Mənbələr