Bakı, 31 iyul, AZƏRTAC
İyulun 30-da polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində ümumi çəkisi 27,5 kiloqramdan artıq narkotik vasitə aşkar olunaraq götürülüb.
Bu barədə AZƏRTAC-a Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən məlumat verilib.
Bu sahədə qətiyyətli mübarizə tədbirlərinin davam etdirildiyi bildirilib.